bazar, 11 may 2025

BİZİM FUTBOL

Beyl "El-KLassiko"nu buraxacaq

06.12.2019 17:47 Oxundu 454


“Real”ın yarımmüdafiəçisi Qaret Beyl zədəlidir.

Cempion.az ESPN-ə istinadən yazır ki, budunda ağrılar hiss edən uelsli oyunçu son üç gündə fərdi məşqlər edir.

Onun bu səbəbdən “Espanyol” (7 dekabr) və “Brügge” ilə (11 dekabr) matçları buraxacağı bildirilir. Beylin dekabrın 18-də “Barselona”ya qarşı oyunda iştirakı da sual altındadır.

Daha öncə yayılan xəbərə görə, “El-Klassiko”nu “Real”dan Eden Hazard və Marselo da buraxacaq.