bazar ertəsi, 06 aprel 2026

BİZİM FUTBOL

"Qarabağ"dan Beqoviç və Slavçev açıqlaması

06.12.2019 18:00 Oxundu 502


“Qarabağ” qışda komandadan gedəcəyi ehtimal edilən futbolçularla bağlı açıqlama verib.

Cempion.az xəbər verir ki qışda bolqarıstanlı yarımmüdafiəçi Simeon Slavçevin komandadan ayrılacağı gözlənilir.

Bundan başqa, bosniyalı qapıçı Asmir Beqoviç bu günlərdə bildirib ki, yanvarın 1-də “Qarabağ”la müqaviləsi başa çatdığı üçün İngiltərəyə qayıdacaq. Amma o, müqavilə ilə məxsus olduğu “Bornmut”la Ağdam klubu arasında razılıq olarsa, Azərbaycanda qalmaq istədiyini də söyləyib.

“Qarabağ”ın direktoru Əmrah Çelikel qol.az saytına açıqlamasında bildirib ki, hər iki məsələyə qış fasiləsi zamanı baxılacaq:

“Əlbəttə, bu zaman baş məşqçimizin qərarı əsas olacaq. İndiyə kimi Slavçevlə bağlı hansısa rəsmi təklif almamışıq. Beqoviçə gəlincə, onunla bağlı danışıqlar aparmağımız mümkündür. Ancaq futbolçunun qiymətinin “Qarabağ”ın transfer üçün büdcəsindən çox üstün olacağı bəllidir. Hər iki futbolçuyla bağlı məsələ yanvarın 5-də başlayacaq təlim-məşq toplanışına kimi müəyyənləşəcək”.