06.12.2019 23:25
436


Bu gün Azərbaycan Premyer liqasında 14-cü tura start verilib.
Cempion.az xəbər verir ki, ilin son turunun oyununda qalib müəyyənləşməyib.
Lider “Qarabağ” evində “Keşlə”ni qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Hər iki komandanın 2019-cu il üçün ölkə çempionatında son oyunları olub.
Qeyd edək ki, digər oyunlar dekabırın 8-i keçiriləcək.
Qollar: Dani Kintana, 4 (1-0), Hacıağa Hacılı, 40 (1-1), Mahir Emreli, 45 (2-1), Tural Bayramlı, 47 (2-2)