şənbə, 10 may 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: “Komanda həddən artıq yüklənib”

06.12.2019 23:59 Oxundu 467

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer liqasının 14-cü turunda "Keşlə" ilə oyundan sonar mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki, o, oyunla bağlı öz fikirlərini bildirib.
- Bir xal qazandıq. Mövsümün ilk yarısını tamamladıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Ancaq həmişə hər qazanılan xala böyük dəyər vermişəm. “Keşlə” son oyunları yaxşı səviyyədə keçirir. Düzgün təşkilatlanmış kollektivdir. Onlara gələcək oyunlarında uğurlar arzulayıram. Qarşıda Avropa Liqasında son oyunumuz və 2 kubok matçımız var. Hər birinə yaxşı hazırlaşmalıyıq.
- Komandada fiziki və psixoloji yorğunluq hiss olunur. Bunun üçün xüsusi nəsə fikirləşmisinizmi?
- Bəli, bu nüanslar var. Komanda həddən artıq yüklənib. Bir variant var ki, hər birimiz  futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha çətin olacaq. Qarşıdakı oyunlara maksimum yaxşı hazırlaşmalı və düzgün oyun göstərməliyik. Hər bir halda, futbolçuların yanındayıq. Onlardan əlavə nəsə tələb etmək düzgün deyil. Futbolçularımı yaxşı tanıyıram. Onlar daha artığına layiqdirlər və qadirdirlər.
- Asmir Beqoviç “Qarabağ”a gəlişindən sonra ilk dəfə ehtiyatda qaldı. Bu, onun gedəcəyinə işarə idi?
- İlin sonunda müqaviləsi başa çatır. Ancaq rəhbərliklə danışıq aparacağıq. Qalmasını istəyirik. Bizdən asılı olanı edəcəyik. İndi dəqiq cavab verə bilmərəm. Özü ilə danışmışıq, qalmaq istəyir. Bakını xoşlayır, komandaya qarşı pozitivdir. Bu məsələ təxminən 1 aya həll olunacaq. Qapıçı ilə bağlı rotasiyalar həmişə etmişik. Düzdür, Asmir gələndən sonra olmamışdı. Hər halda, normal, adi dəyişiklikdi.
- Filip Ozobiçlə bağlı risk etmək istəmədəyiniz görünür. O, ilin son oyunlarında meydana çıxa bilərmi?
- Hazırlığı pis getmir. Son məşqləri komanda ilə tam keçib. Qarşıdakı oyunlarda imkan olsa, oynamasına şərait yaradacağıq ki, kollektivi hiss etsin və qış hazırlığında tam bərpa olunsun. Oynamaq ehtimalı var.