cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

 "Səbail"dən Aftandil Hacıyevə hörmətsizlik

07.12.2019 15:00 Oxundu 417

Ötən turun “Keşlə” – “Sumqayıt matçını izləyənlər arasında Braziliyadan gələn menecer və futbolçu da olmuşdu. Futbol agenti ilə söhbətdə məlum olmuşdu ki, Bakıya iki futbolçu gətirib ki, onlardan biri, sonradan adını dəqiqləşdirdiyimiz italyan əsilli Venesuela vətəndaşı olan Leonardo Xose Paçe Lares artıq iki həftədi “Səbail”in məşqlərində iştirak edir.  

Venesuelalı yarımmüdafiəçi hətta “instaqram” səhifəsində “Səbail”in formasında “ASCO Arena”da şəkil də paylaşıb. 

Ancaq Cempion.az xəbər verir ki, məsələ göründüyündən fərqli olaraq gülməli vəziyyətdədir.

İş ondadlr ki, komandanın baş məşqçisi Aftandil Hacıyevin baxışa gələn futbolçudan xəbəri yoxdur.  Özü də açıqlamasında bunları deyib: “Mənə də qaranlıq qaldı ki, həmin futbolçu bura necə gəlib və kim çağırıb. Üstəlik, tanımadığım futbolçunun əyninə "Səbail"in formasının geyindirilməsi… Çox müəmmalıdı. Amma bunu mütləq araşdıracam. Çempionatda qış fasiləsinə az qalıb, problemlərimiz onsuz da çoxdu və belə bir vaxtda hansısa legioneri baxışa çağırmaq yersizdi. Pul var ki, yeni futbolçu da gətirək? Birinci komandada olanların maaşları vaxtında ödənilsin".

Gördüyünüz kimi, ortada Hacıyevə qarşı böyük hörmətsizlik var. Kluba baxışa futbolçu çağırılıb, amma baş məşqçinin bundan xəbəri yoxdur.