07.12.2019 10:32
488

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.
Cempion.az xəbər verir ki, komanda 19-cu turda doğma meydanda "Ekstemadura" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Eddi start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 33-cü dəqiqədə sarı vərəqə alıb.Qeyd edək ki, "Albasete" hazırda 27 xalla 8-ci pillədə qərarlaşıb.