19.07.2016 16:22
1237
1237
"Mançester Yunayted" Çinə gedəcək futbolçuların adlarını açıqlayıb. Amma siyahıda yeni transfer Zlatan İbrahimoviç yer almayıb. Bunun səbəbləri açıqlanmayıb. Amma bir müddət əvvəl Britaniya mətbuatı yazıb ki, baş məşqçi Joze Mourinyo 34 yaşlı isveçliyə "Avro-2016"dan sonra əlavə istirahət vermək fikrindədir.
Qeyd edək ki, Çində təlim-məşq toplanışı çərçivəsində "qırmızı-şeytanlar" "Mançester Siti" və Dortmund "Borussiya"sı ilə yoxlama oyunu keçirəcək.