07.12.2019 14:45
505

2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.
Cempion.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların mübarizəyə hansı mərhələdən başlayacağı da müəyyənləşib. Belə ki, Premyer Liqanın qalibi olan komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kubokunun qalibi də Avroliqada 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ötən il kubokun sahibi olan “Qəbələ” mübarizəyə 2-ci təsnifat mərhələsindən başlamışdı. Azərbaycan UEFA-dakı reytinqdə gerilədiyi üçün artıq kubokun qalibi də Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan, indi 3 pillə geriləyərək, 26-cıdır.