cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Lempart üçün 150 milyonluq büdcə

07.12.2019 18:59 Oxundu 398


Transfer qadağası götürülən "Çelsi" qış fasiləsində heyətini ən azı 3 futbolçu ilə gücləndirmək istəyir.

Cempion.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi bunun üçün Frenk Lemparda 150 milyon funt-sterlinq məbləğində transfer büdcəsi ayırıb.

Gənc mütəxəssisin gücləndirmək istədiyi mövqelər artıq bəllidir. O, rəhbərlikdən hücumçu, vinger və mərkəz müdafiəçisi alınmasını xahiş edib. Lempardın siyahısında "Lion"dan Musa Dembele, Dortmund "Borussiya"sından Ceydon Sanço və "Kristal Pelas"dan Uilfrid Zaha yer alır.

Bundan başqa, "Çelsi" "Lester"in müdafiəçisi Ben Çiluelin də xidmətində maraqlıdır. Ancaq onun keçidinin qış fasiləsində gerçəkləşməsi çətin görünür. Bu səbəbdən paytaxt klubu hazırda "Bornmut"da çıxış edən sabiq futbolçusu Natan Akeni 40 milyon funta heyətinə qatmaq niyyətindədir.