cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Luis Suares: "Messini düzgün başa düşməyiblər"

07.12.2019 19:01 Oxundu 382


“Barselona”nın futbolçusu Lionel Messinin “Qızıl top”un mükafatlandırma mərasimində dediyi sözlər hələ də müzakirə olunur. Messi bildirmişdi ki, karyerasını bitirmə anı yaxınlaşır.

Cempion.az xəbər verir ki, “Barselona”nın futbolçusu Luis Suares bu məsələ barədə danışıb:

“Hesab edirəm ki, onu düz başa düşməyiblər. Birincisi, Messi növbəti dəfə “Qızıl top”u qazanıb. O, həm həyəcanlı, həm də əsəbi idi.

Nəzərə almaq lazımdır ki, o da bizim kimi insandır. Düşünürəm ki, Leo karyerasını tezliklə yekunlaşdırmayacaq, hələ uzun illər futbol oynayacaq”.