cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Qriqorçukun yerinə rumıniyalı məşqçi

07.12.2019 20:47 Oxundu 379


"Astana"nın baş məşqçisi Roman Qriqorçuk istefaya göndərilə bilər.

Cempion.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis paytaxt klubunu ölkə çempionu etsə də, komanda UEFA Avropa Liqasında uğursuz çıxış edir. "Astana" Avroliqada 5 oyunda 3 xal toplayaraq qrupda 4-cü yeri tutur.

Qazaxıstan təmsilçisi qrup mərhələsində son oyununu cümə axşamı səfərdə "Partizan"a qarşı keçirəcək.

Qriqorçukun yerinə namizəd isə rumıniyalı Dan Petreskudur. Hazırda "ÇFR Kluj"u"çalışdıran mütəxəssis bu xəbəri nə təsdiq, nə də təkzib edib.