
DÇ-2020-nin elit-raundunda mübarizə aparacaq Azərbaycan futzal yığmasının oyunlarının keçiriləcəyi tarix və başlama saatı açıqlanıb.
Cempion.az xəbər verir ki, bütün qarşılaşmalar Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.
İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə qarşılşacaq.
DÇ-2020
29 yanvar
20:00 Rusiya - Slovakiya
23:00 Xorvatiya – Azərbaycan
30 yanvar
20:00 Azərbaycan – Rusiya
23:00 Xorvatiya – Slovakiya
1 fevral
20:00 Slovakiya – Azərbaycan
23:00 Rusiya – Xorvatiya
Qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.
Digər qruplar:
A qrupu: Portuqaliya, İtaliya, Belarus, Finlandiya
B qrupu: İspaniya, Serbiya, Ukrayna, Fransa
D qrupu: Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya