cümə, 09 may 2025

BİZİM FUTBOL

Ramil Şeydayev "Neftçi"yə gəlir?

08.12.2019 12:07 Oxundu 538


Yayda "Krılya Sovetov"dan "Dinamo"ya keçən Ramil Şeydayevin Moskva klubundan ayrılmaq ehtimalı güclənib.

Cempion.az xəbər verir ki, baş məşqçi dəyişikliyindən sonra o, əsas heyətdəki yerini ümumiyyətlə itirib. Millimizin hücumçusu son 2 ayda təsadüfi hallarda meydana çıxır. Hazırkı komandasında qol hesabını aça bilməyən forvardın müqaviləsi gələn ilin yayında başa çatacaq.

Ramil artıq indidən "Dinamo"dan ayrılmağın yollarını götür-qoy edir, "Krılya"ya qayıtmaq variantına ehtiyatla yanaşan yığmamızın üzvünə "Ufa" və "Axmat"dan təklif gəlməsi barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.  "Neftçi" də Şeydayevin potensial müştəriləri sırasına daxil olub. Bakılılar özlərinə yaxın menecerlər vasitəsilə onunla əlaqə qurub və 6 ay+1 illik müqavilə təklif edib. O, mövsümün qalan hissəsini icarə əsasında "Neftçi"də keçirməli, yayda isə birbaşa müqavilə bağlamalıdır. "Ağ-qaralar" bu məsələdə SOCAR-dan da dəstək alıb. Belə ki, AFFA-nın əsas sponsoru olan SOCAR millinin hücumçusunun transferi üçün lazım olan vəsaiti ödəməyi öz üzərinə götürüb. Bu praktika isə artıq bir dəfə istifadə olunub.

Emin Mahmudovun 2017-ci ildə "Boavişta"dan "Neftçi"yə keçidində də SOCAR-ın rolu olub. Yarımmüdafiəçinin bütün xərclərini adçıkilən sponsor qarşılayıb. (sportinfo.az)