08.12.2019 14:22
447

İsveçli hücumçu Zlatan İbrahimoviç özünü amerikalı kinorejissor Kventin Tarantino ilə müqayisə edib.
Cempion.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Los Anceles Qelaksi"nin forvardı Tarantinoya böyük hörməti olduğunu bildirib:
"Kventin Tarantino kinonun tarixidir, mən isə futbolun. O, kinonu həddən artıq çox sevir, necə ki, mən futbolu. Tarantinonun kinoya ehtirası açıq aydın hiss olunur. O, dahidir, bir az da başdanxarabdır. Gördüyü işi sevir və bunu insanlara ötürmək istəyir. Onun filmində "pis oğlan" obrazını yaradıb Dueyn Consonun sifətini dağıtmağı arzu edirəm. Doğrudan, ona çox hörmət edirəm".
İbrahimoviçin "Los Anceles Qelaksi" ilə müqaviləsi ilin sonunadək nəzərdə tutulub. İbranın "Milan"la müqavilə bağlaması gözlənilir.