08.12.2019 15:29
474

2010/2013-cü illərdə "Bakı"da 76 oyun keçirmiş İbrahim Karqbonun oğlu Junyor Karqbo "Dinamo"ya keçib.
Cempion.az xəbər verir ki, Kiyev klubu Belçikanın U-19 millisinin hücumçusu ilə rəsmi müqavilə bağlayıb.
Syerra-leoneli forvardla anlaşmanın detalları barədə konkret məlumat yoxdur. Ancaq Ukrayna klubu 19 yaşlı forvardı ictimaiyyətə təqdim edib. Belçikanın müvafiq yaş qrupu üzrə yığmasına dəvət alan Junyor "qırmızı şirlər"in heyətində 5 oyun keçirib. "Rozelar"a məxsus futbolçu son mövsümü Belçikada "Lyers"də keçirib.