08.12.2019 19:44
443

"Sampdoriya" İtaliya millisinin forvardı Fabio Kvalyarella ilə yeni müqavilə imzalayıb.
Cempion.az xəbər verir ki, Genuya təmsilçisi təcrübəli forvardı buraxmaq istəməyib. Ona görə də İtaliya klubu 36 yaşlı forvardla müqaviləni 2021-ci ilə kimi uzadıb. 2006-2007-ci illərdə “Sampdoriya”da oynamış forvardın bu komandaya ikinci dönüşü 2016-cı ildə baş tutub.
O vaxtdan bu yana Kualyarella “Sampdoriya” forması geyinir. Hazırda hesabında ümumilikdə 116 qol olan təcrübəli forvard İtaliya A seriyasının bütün tarixi ərzində ən çox qol vuran 20 futbolçudan biridir.