cümə, 09 may 2025

DÜNYA FUTBOLU

"Barselona" bəyəndi, amma 35 milyona "çox" dedi

08.12.2019 12:50 Oxundu 399


"Barselona" "Flamenqo"nun yarımmüdafiəçisi Reynierə "elçi düşüb".

Cempion.az xəbər verir ki, Kataloniya klubu 17 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.

Braziliya təmsilçisi gənc futbolçusunu 35 milyon avroya satmağa razılıq verib. Ancaq İspaniya nəhəngi bu məbləğin böyük olduğunu düşünür və ödəmək fikrində deyil.

Reynierin "Flamenqo" ilə müqavilə müddəti 2024-cü ilin sonuna qədərdir.