08.12.2019 15:04
420

Almaniyanın II bundesliqasında XVI turun oyunları davam edir.
Cempion.az xəbər verir ki, bu gün daha 3 görüş keçirilib.
Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" bu tur səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma Aue təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start heyətdə meydana daxil olan Nazarov 85-ci dəqiqədə Malkom Kakutalua ilə əvəz olunub.
Qeyd edək ki, "Erzgebirge" 16 turdan sonra 24 xalla 5-ci pillədə qərarlaşıb.