cümə, 09 may 2025

BİZİM FUTBOL

Yılmaz Vural yenə millimizə göz dikib

08.12.2019 17:00 Oxundu 453


Türkiyəli mütəxəssis Yılmaz Vural açıqlama verib.

Cempion.az xəbər verir ki, yerli mətbuata danışan Vural, ölkə xaricində bir milli komanda ilə danışıqlar apardığını deyib:

“Ölkə xaricində bir milli komanda ilə danışıqlar aparıram. Reallaşarsa, getməyi düşünürəm. Danışıqların nəticəsini gözləyirəm. Olmazsa, Türkiyədə hansı liqada çalışacağım önəmli deyil. 2-ci liqa, 3-cü liqadı deyə, fikir vermərəm”.

Yılmaz Vuralın Azərbaycan milli komandasında baş məşqçi postu üçün danışıqlar aparması da istisna edilmir. Bir neçə il əvvəl də adı Azərbaycanla hallanan Vural, son olaraq “Adana Dəmirspor”u çalışdırıb.