cümə, 09 may 2025

BİZİM FUTBOL

Zaur Həşimov böyükhesablı qələbəni şərh etdi

08.12.2019 21:25 Oxundu 432


"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim".

Cemрion.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turunda "Səbail" üzərində 4:1 hesablı qələbə qazanan "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib. Həşimov "Səbail"lə qarşıdakı kubok duelindən də danışıb:

"İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".