cümə, 09 may 2025

BİZİM FUTBOL

"Neftçi"nin məşqçisi: "Vacib qələbə qazandıq"

08.12.2019 21:28 Oxundu 436


Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah” üzərində 2:0 hesablı qələbə qazanan "Neftçi"nin məşqçisi Füzuli Məmmədov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.

Cemрion.az xəbər verir ki, o, qələbəyə baxmayaraq çətin qələbə qazandıqlarını etiraf edib:

"Çətin oyun olduğunu hamı gördü. Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm. Baş məşqçimiz də yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq".

Qeyd edək ki, baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün oyunun protoluna əsasən komandanı "Sabah"la qarşılaşmaya köməkçi-məşqçi Fizuli Məmmədov çıxarıb.