09.12.2019 14:00
530


"Neftçi"nin sabiq futbolçusu Elşən Qəmbərov hazırda ABŞ-da yaşayır.
Cempion.az xəbər verir ki, veteran futbolçumuz bir müddətdir ki, özbəkistanlı başqa bir veteran futbolçu ilə şərik olaraq Bruklində futbol akademiyası açıb.
Qəmbərov yayda Bakıda da öz futbol akademiyasını açmaq istəyir. Hətta bu məqsədlə Azərbaycanda yaşayan bəzi veteran futbolçu dostları ilə də əlaqə saxlayıb.