cümə, 09 may 2025

BİZİM FUTBOL

Renat Dadaşovun komandası uduzdu

09.12.2019 14:37 Oxundu 415

Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda “Setubal”la qarşılaşıb. Görüş qonaqarın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Qeyd edək ki, Dadaşovun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidir