09.12.2019 15:35
481


Son turda "Qarabağ"la səfərdə 2:2 oynayan "Keşlə" futbolçuları buna görə mükafat alıb.
Cempion.az-a daxil olan məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov hər futbolçuya 1000 manat məbləğində mükafat təyin edib.
Bundan başqa komanda ölkə kubokunda 1/4 final mərhələsini də uğurla dəf edib yarımfinala çıxsa, futbolçular əlavə mükafat da alacaq.