09.12.2019 18:18
418

"Lester"in baş məşqçisi Brendan Rocers dünən klubla yeni müqavilə imzalayıb.
Cempion.az xəbər verir ki, yeni müqaviləyə əsasən Rocers 2025-ci ilə kimi “Lester”ə başçılıq edəcək. Şimali irlandiyalı mütəxəssis illik 10 milyon funt qazanacaq.
Belədə o, İngiltərə Premyer Liqasında ən yüksək ödənişli məşqçilərin “üçlüy”ünə daxil olub. 46 yaşlı məşqçi hətta “Liverpul”da 7,5 milyon funt qazanan Yurgen Klopdan da çox qazanacaq.
Hazırda Premyer Liqanın ən çox maaş alan iki məşqçi - Xosep Quardiola(20 milyon funt) və Joze Mourinyodur(15 milyon funt).