09.12.2019 11:27
465


Azərbaycan Premyer Liqasında 2019-2020-ci illər mövsümünün ilk yarısı başa çatıb.
Cempion.az PFL-in sayıtına istinadən yaydığı xəbərə görə, klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. II dövrənin 7 turunda 28 oyun baş tutub.
Bu qarşılaşmalarda “Neftçi” hamıdan çox -14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.
Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə məğlub olub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.
Dövrədə qalib gələ bilməyən yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 heç-heçə ediblər və 2 xal toplayıblar.
Qeyd edək ki, I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.
1 | Neftçi | 7 | 4 | 2 | 1 | 14 - 5 | 14 |
2 | Keşlə | 7 | 3 | 3 | 1 | 10 - 9 | 12 |
3 | Sumqayıt | 7 | 3 | 2 | 2 | 13 - 11 | 11 |
4 | Qarabağ | 7 | 2 | 4 | 1 | 7 - 6 | 10 |
5 | Zirə | 7 | 2 | 3 | 2 | 12 - 13 | 9 |
6 | Qəbələ | 7 | 2 | 2 | 3 | 11 - 10 | 8 |
7 | Sabah | 7 | 2 | 2 | 3 | 9 - 11 | 8 |
8 | Səbail | 7 | 0 | 2 | 5 | 2 - 13 | 2 |