09.12.2019 14:54
451


AVRO-2020-Nin Bakida keçriləcək oyunları üçün Uelsdən Bakıya çarter reyisləri təşkil olunacaq.
Cempion.az xəbər verir ki, bu barədə Böyük Birtaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyo Perton “Business Airport”portalına bildirib. Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasından sonra xeyli sayda sifarişlər qəbul ediblər. “Püşkatmadan bəri telfonlarımız susmur.Ən çox futbol azarkeşləri tərəfindən zənglər olur. Bakıda keçiriləcək iki oyun arasında 4 günlük fərq olacaq və bu oyunlara yetişmək üçün Uelsdən Bakıya çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün artıq 40 çater reysi bron edilib”.