cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Rusiya beynəlxalq yarışlardan kənarlaşdırılacaq

09.12.2019 15:43 Oxundu 393

Bu gün Ümumdünya Antidopinq Agentliyinin növbəti iclası keçrilib. UAA tərəfindən Rusiyaya 4 il böyük idman tədbirlərinə qoşulmaq qadağası qoyulub.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rusiya Tokio 2020 Olimpiadası və Qətərdə keçriləcək 2022- ci il Dünya Kubokundan kənarda qalacaq. Ümumdünya Antidopinq Agentliyi icra komitəsi İsveçrənin Lozanna şəhərində keçirilən iclasda yekdilliklə qərar qəbul edib. Lakin dopinq qalmaqalından xəbərsiz olduqlarını sübut edə bilən idmançılar neytral bayraq altında yarışa biləcəklər. Onlar bu qərara öz etirazlarını bildirmək üçün 21 gün vaxtlarının olduğu bildirilib. Əyər Rusiya bunu edersə, müraciət İdman Arbitraj Məhkəməsinə göndəriləcəkdir.