cümə, 09 may 2025

BİZİM FUTBOL

Uels nümayəndə heyəti Bakıya gəldi

10.12.2019 10:17 Oxundu 431


Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, rəsmilər Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.

Bildirilir ki, iyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.