10.12.2019 13:00
449

İran Superliqasında XIV tura start verilib.
Cempion.az xəbər verir ki, bu tur Təbriz derbisi ilə əlamətdar olub.
Şəhərin eyniadlı təmsilçiləri "Maşin Sazi" və "Traktor" birincilərin meydanında üz-üzə gəlib. Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, hazırda 19 xalı olan "Maşin Sazi" 8-ci, 1 xal az toplayan "Traktor" isə 9-cu pillədə qərarlaşıb.