10.12.2019 13:16
429

“Tottenhem”dən istefaya göndərilən Maurisio Poçettino hələ istirahət edir.
Cempion.az xəbər verir ki, Poçettino vətəni Argentinaya gedib. O, ölkəsində canlı əfsanə Dieqo Maradona ilə görüşüb.
Poçettino Maradonanın baş məşqçisi olduğu "Ximnasiya”nın “Kordoba”nı 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı stadiondan izləyib.
Poçettinonun Maradona ilə görüşü barədə məlumatı klubun saytı da yayıb. O, 21 yaşında - 1993-cü ildə “Nyuells Old Boyz”da məhz Dieqo ilə birgə çıxış edib.
Dieqo bugünlərdə istefa vermək istəmişdi. Lakin klub rəhbərliyi onun qərarını qəbul etməmişdi.