cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

120 illik rekord təkrarlandı

10.12.2019 16:00 Oxundu 343


İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Norviç”i məğlub edən (2:1) “Şeffild Yunayted” 120 illik klub rekordunu yeniləyib.

Cempion.az xəbər verir ki, Kris Uaylderin rəhbərlik etdiyi komanda son 8 səfər matçında məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.

“Şeffild Yunayted” sonuncu dəfə 1899/1900 mövsümündə, İngiltərənin yüksək divizionunda ardıcıl 8 səfər matçında məğlub olmamışdı.

“Şeffild Yunayted” hazırda Premyer Liqada 22 xalla 8-ci sıradadır.