cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Buffonu keçdilər

10.12.2019 17:34 Oxundu 380


Final görüşündə Səudiyyə Ərəbistanı millisinə 1:0 hesabı ilə qalib gələn Bəhreyn yığması Qətərdə keçirilən "Körfəz Kuboku"nun qalibi adını qazanıb.

Cempion.az xəbər verir ki, yarış Oman yığmasının kapitanı Əhməd Mübarək üçün əlamətdar olub.

34 yaşlı yarımmüdafiəçi millədi keçirdiyi oyunların sayını 179-a çatdırıb. Bununla da italiyan əfsanə Canluici Buffon (176), meksikalı Klaudio Suares (177) və Səudiyyə Ərəbistanından Məhəmməd əl-Dayini (178) geridə qoyub.

Dünya futbolu tarixində ikinci sıraya çıxan Mübarək yalnız Misir yığmasının liderlərindən - 184 dəfə meydana çıxmış Əhməd Hassandan geri qalır. 2003-cü ildən Oman millisində çıxış edən Əhməd açıqlamasında deyib ki, hələ bir neçə il karyerasını davam etdirmək arzusundadır. Bu isə mütləq rekordun qırılacağını istisna etmir.