cümə, 09 may 2025

BİZİM FUTBOL

"Region Liqası"nda növbəti biabırçılıq: qonaq komanda oyuna formasız gəldi və... - ÖZƏL!

11.12.2019 12:00 Oxundu 503

"Region Liqası"nda növbəti biabırçılıq yaşanıb.

Cempion.az-a daxil olan məlumata görə biabırçı olay "Ağsu City" - "İmişli" matçında yaşanıb.

Belə ki komandalar oyuna çıxanda İmişli təmsilçisi formada yox tərlikdə ("nakitka) olub. Səbəbi ilə maraqlandıqda isə məlum  olub ki bu komandanın heç forması yoxdur. Baxmayaraq ki AFFA mövsüm öncəsi "Region Liqası"nda çıxış edən bütün komandaları forma ilə təmin edəcəyinə dair söz vermişdi. Vəziyyəti belə görən görüşün baş hakimi "İmişli" komandasına texniki məğlubiyyət veriləcəyini bildirib. Yalnız bundan sonra yerli "Ağsu City" rəhbərliyi öz aşağı yaş qruplarından ibarət komandalarının formasını qonaqlara veriblər və oyun baş tutub.