cümə, 09 may 2025

BİZİM FUTBOL

"Qəbələ"nin meneceri "Neftçi"nin tərəfdaşı oldu!

11.12.2019 15:00 Oxundu 490


"Neftçi"nin yeni sponsoru müəyyənləşdi. "Ağ-qaralar" bu gün “Bakcell Arena”da bununla bağlı təqdimat mərasimi və mətbuat konfransı keçirdi.
 
Cempion.az xəbər verir ki paytaxt təmsilçisinin yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətidi.

Tərəflər 2 il müddəti nəzərdə tutan əməkdaşlıq müqaviləsini tədbirdəcə rəsmiləşdirdi.
 
Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak etdi. Tədbirdə diqqət çəkən məqamlardan biri də Səməd Nəsibovla bağlı olub. "Qəbələ"nin sabiq menecerlərindən biri olan Nəsibov bu klubdan ayrılandan bəri işsiz idi. Göründüyü kimi o bundan sonra "Neftçi" yeni tərəfdaşı olan şirkətdə çalışacaq.