cümə, 09 may 2025

BİZİM FUTBOL

Hesabat Yurçeviçin vecinə deyil: Avstriyaya gedib - FOTO

11.12.2019 16:00 Oxundu 428

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avstriyaya gedib. 

Cempion.az xəbər verir ki, 53 yaşlı məşqçinin səfərinin məqsədi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək "Zalsburq" - "Liverpul" oyunu idi.

Yurçeviç futbolçu kimi 1991-95 və 1997-99-cu illərdə çıxış etdiyi, eyni zamanda, 2005-ci ildə məşqçi kimi çalışdığı Avstriya klubunun vacib oyununu tribunadan canlı izləmək üçün sözügedən ölkəyə yollanıb.

Göründüyü kimi sabah AFFA İcraiyyə Komitəsinin iclası və özünün verəcəyi hesabat Yurçeviçin vecinə də deyil və o gəzməyindən qalmır.