cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Ansu Fati Çempionlar Liqasının tarixnə düşüb

11.12.2019 11:14 Oxundu 421

“Barselona”lı hücumçu ÇL-da tarixə düşən ən gənc futbolçu olub.
Cempion.az  xəbər verir ki,  bu barədə “Opta Sports” statistik xidmətinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.
Dünən keçrilən Çempionlar Liqasının F qrupunun son oyununda “İnter” və “Barselona” komandaları qarşılaşıb. Oyunun 86-cı dəqiqəsində  fərqlənən Ansu Fati 17 yaşında Çempionlar Liqasının tarixinə düşən ən gənc futbolçu olub. Hücumçunun vurduğu qol oyunun taleyini həll edib.
Bununla Barselona 2-1 hesabı ilə qələbə qazanıb. Bu nəticədən sonra İtaliya təmsilçisi mubarizəni Avropa Liqasında davam etdirəcək.