11.12.2019 12:34
397


"Keşlə" klubu özbəkistanlı yarımmüdafiəçini transfer edib.
Cempion.az "Keşlə" klubunun rəsmi sayıtına istinadən xəbər verir ki, özbəkistanlı Şohruh Qadoyevi heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 1,5 illik muqavilə imzalanıb.
Qeyd edək ki, Qadoyev Özbəkistan millisinində şərəfini qoruyur. Karyerasına ilk olaraq “Nasaf” klubunda başlayan yarımmüdafiəçi sonradan Bəhreyinin "Əl-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.