11.12.2019 13:00
581


Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının üzvləri Leyla Parşkova və Odina Bayramova zədə səbəbinə görə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində çıxış edə bilməyəcəklər.
Cempion.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev məlumat verib.
O, Paroşkovanın tezliklə eməliyyat olacağını bildirib.
Qarayev italyalı baş məşqçi Covanni Kapraranın fəlsəfəsinin yığma ilə uzlaşmadığını bildirib. O, Yuliya Kərimova ilə Kaprara arasında munasibətlərində gərgin olduğunu diqqətə çatdırıb. Qarayevin sözlərinə görə, bu problemin də yığmanın çıxışına çox böyük mənfi təsiri olub.