
AFFA İntizam Komitəsinin bugünkü iclasında Premyer Liqanın XIV turunun "Sumqayıt" - "Qəbələ" oyununda qeydə alınan qayda pozuntuları da müzakirə olunub.
Cempion.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində qonaq komandanın qapıçısı Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Oyunun 86-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.