cümə, 09 may 2025

BİZİM FUTBOL

"Keşlə" yeni transferini təqdim etdi

11.12.2019 18:22 Oxundu 490


Şohruh Qadoyev karyerasını "Keşlə"də davam etdirəcək. 

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhrəynin "Al-Muharraq" və Cənubi Koreyanın "Daejeon Sitizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.