cümə, 09 may 2025

BİZİM FUTBOL

Həmyerlimiz Gürcüstan çempionatında dubl etdi komandası yüksək liqaya çıxdı

11.12.2019 20:06 Oxundu 466


Azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstanda növbəti qollarını vurub.

Cempion.az xəbər verir ki, 1-ci liqada yarışan “Samtredia”nın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi “Sioni”yə qarşı keçirilən təkrar pley-off matçında dubl edib. 4:1 hesabı ilə yekunlaşan görüşdə Nicat 38 və 71-ci dəqiqələrdə fərqlənib. Bu, onun Gürcüstan birinci liqasında ümumən 8-ci qolu olub.

Bu qələbə sayəsində (ilk matç 0:0) “Samtredia” yüksək liqaya vəsiqə qazanıb.