cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqası: "Atletiko" və "Atalanta" 1/8 finalda

12.12.2019 04:19 Oxundu 410

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunun oyunlarına  yekun vurulub.

Cempion.az xəbər verir ki, A, B, C və D qruplarında görüşlər keçirilib.
 
"Qalatasaray" Fransada PSJ-nin qonağı olub və 0:5 hesabı ilə uduzub. A qrupunun digər matçında "Brügge" "Real"ı qəbul edib. Qonaqlar bu oyundan qələbə ilə ayrılıb - 3:1.


C qrupunda pley-off uğrunda 3 komanda mübarizə aparıb. Səfərdə "Şaxtyor"a 3 cavabsız qolla qalib gələn "Atalanta" növbəti mərhələyə yüksəlib. İtaliya klubu bununla tarixində ilk dəfə ÇL-in 1/8 finalında mübarizə aparmaq hüququ qazanıb.
D qrupunda isə ikinci yeri “Atletiko” tutaraq pley-offa yüksəlib. Madrid təmsilçisi evdə Moskva "Lokomotiv"inə 2:0 hesabı ilə qalib gələrək bu vəsiəqəni əldə edib.
Avropa Liqasına yollanan 4 komanda isə "Brügge", "Olimpiakos", Donetsk "Şaxtyor"u və "Bayer" olub.



A qrupu

00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) - 5:0
Qollar: İkardi, 32. Sarabia, 35, Neymar, 47, Mbappe, 63, Kavani, 83

00:00. “Brügge” (Belçika) – “Real” (İspaniya) - 1:3
Qol: Rodriqo, 53 (0:1), Vanaken, 55  (1:1),  Vinisius, 64 (1:2), Modriç, 90+1 (1:3)



 
1. PSJ 6 5 1 0 17:2 16
2. Real   6 3 2 1 14:8 11
3. Brügge 6 0 3 3 4:12 3
4. Qalatasaray 6 0 2 4 1:14 2



B qrupu

00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:1
Qol: Koman, 14 (1:0), Sessenyon, 20 (1:1),  Müller, 45 (2:1), Koutinyo, 64 (3:1) 

00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) - 1:0
Qol: El Arabi, 86-pen.



 
1. Bavariya 6 6 0 0 24:5 18
2. Tottenhem 6 3 1 2 18:14 10
3. Olimpiakos 6 1 1 4 8:14 4
4. Srvena Zvezda 6 1 0 5 3:20 3



C qrupu

21:55. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) - 1:4
Qollar: Olmo, 10 (1:0), Q.Jezus, 34 (1:1), 50 (1:2), 54 (1:3), Foden, 84 (1:4)

21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) - 0:3
Qollar: Kastan, 66. Paşaliç, 80. Qosens, 90+4



 
1. Mançester Siti 6 4 2 0 16:4 14
2. Atalanta 6 2 1 3 8:12 7
3. Şaxtyor 6 1 3 2 8:13 6
4. D.inamo Zarreb 6 1 2 3 10:13 5



D qrupu

00:00. “Bayer” (Almaniya) – “Yuventus” (İtaliya) - 0:2
Qol: Ronaldo, 75. İquayn, 90+2.

00:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:0
Qol: J.Feliks, 17-pen. Felipe, 54.


 
1. Yuventus  6 5 1 0 12:4 16
2. Atletiko 6 3 1 2 8:5 10
3. Bayer 6 2 0 4 5:9 6
4. Lokomotiv 6 1 0 5 4:11 3