cümə, 09 may 2025

BİZİM FUTBOL

"Dudelanj"ın qapıçısı: "Qarabağ"la oyunda bunun öhdəsindən gələcəyik"

12.12.2019 13:00 Oxundu 425


"Düşünmürəm ki, ölkələr arasındakı saat fərqi oyunumuza təsir etsin. Bunu nəzərə almışıq".

Cempion.az-ın məlumatına görə, bu sözləri "Düdelanj"ın qapıçısı Conatan Juber Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda  "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, yuxu ilə bağlı problemlərinin olduğunu bildirib: "Sabah" "Qarabağ"la oyunda bunun öhdəsindən gələcəyik".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:55-də start götürəcək.