12.12.2019 13:23
484

Polşanın “Radomka” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova işçi vizası ilə bağlı problemlə üzləşib.
Cempion.az xəbər verir ki bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev bildirib.
Onun sözlərinə görə, bu səbəbdən 26 yaşlı idmançını Polşadan deportasiya etmək istəyirlər. AVF məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə və Polşa Voleybol Federasiyasına məktubla müraciət edib.