cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Cerrard Şotlandiyada qalır

12.12.2019 14:00 Oxundu 429


Stiven Cerrard baş məşqçisi olduğu "Reyncers"lə yeni müqavilə imzalayacaq.

Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, bu məlumatı 39 yaşlı mütəxəssisin özü təsdiqləyib. Bildirilir ki, onunla müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılacaq. Şotlandiya təmsilçinin bu haqda yaxın vaxtlarda elan edəcəyi bildirilib.

Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 38 xalla 2-ci pillədə qərarlaşıb.