cümə, 09 may 2025

BİZİM FUTBOL

Şübhəli oyunlara görə Obradoviç də dindirilib - ÖZƏL!

12.12.2019 15:00 Oxundu 453

U-21 millimizin Fransa ilə oyununun şübhəli oyunlar siyahısına salınması və bununla bağlı UEFA-dan AFFA məktub göndərilməsi haqda məlumat vermişdik. Daha sonra 5 nəfər milli üzvünün səhvlərini etiraf etdiklərini yazmışdıq. 

Cempion.az-a daxil olan məlumata görə AFFA-da dindirilən tək 5 futbolçu olmayıb.

Eyni zamana U-21 millisinin baş məşqçisi Milan Obradoviç də sorğu-sual olunub. Çünki U-21-in tək Fransa ilə oyunu yox eləcə də Sumqayıtda Lixtenşreyni 1:0 məğlub etdiyi oyun da şübhəli hesab olunur. Ola bilsin bu söz-söhbətlər Obradoviçin də U-21-dən göndərilməsinə səbəb ola bilər. Hər halda sabah bunu da bilmiş olacağıq.