cümə, 09 may 2025

BİZİM FUTBOL

İngiltərə millinin sabiq futbolçusu "Qarabağ"ın qapıçısını istəyir

12.12.2019 16:00 Oxundu 403


İngiltərə millisinin sabiq futbolçusu Darren Bent “Qarabağ”da çıxış edən Asmir Beqoviç haqqında maraqlı açıqlama verib.

Cempion.az xəbər verir ki, hazırda Çempionşipdə "Derbi"nin uğurları üçün çalışan 35 yaşlı futbolçu Britaniya mətbuatına açıqlamasında "Vest Hem"in bosniyalı qolkiperi transfer etməli olduğunu deyib.

Bentin sözlərinə görə, Beqoviçin təcrübəsi "çəkicdöyənlər"ə kömək edə bilər: “Vest Hem” problemlərin həlli üçün addımlar atmalıdır. Klubun yeni qapıçıya ehtiyacı var və məsələ həllini tapmalıdır. Beqoviç İngiltərədə yaxşı işlər görüb”.

Bir müddət əvvəl “The Sun” nəşri dekabrın sonunda “Qarabağ”la icarə müqaviləsi başa çatacaq Asmir Beqoviçlə “Vest Hem”in maraqlandığını yazıb. Bosniyalı qapıçı müqavilə ilə Premyer Liqanın başqa klubu “Bornmut”a məxsusdur.