12.12.2019 17:00
583


"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Xorvatiyaya yola düşüb.
Cempion.az-a daxil olan məlumata görə 18 yaşlı futbolçu "Osiyek"in düşərgəsində baxışda olacaq.
Baxış 1 həftə sürəcək. Xorvatlar futbolçumuzu bəyənsə o zaman müqavilə üçün "Sumqayıt" rəhbərliyi ilə danışıqlara başlanılacaq. Əks halda futbolçu yenidən "Sumqayıt"a qayıdacaq.