12.12.2019 19:00
471
471

Dünən Qətərin paytaxtı Dohada klublararası dünya çempionatı start götürüb.
Cempion.az xəbər verir ki, ilk görüş çərçivəsində Qətərin "Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi "Yengen” qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatıb və əlavə vaxtda daha iki qol vuran "Əl Sədd” 3:1 hesablı qələbə qazanıb. Qətər çempionu ikinci mərhələdə Meksika "Monterrey”i ilə üz-üzə gələcək. Bu mərhələnin digər oyununda isə Tunisin "Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi "Əl Hilal” (Səudiyyə Ərəbistanı) münasibətlərini aydınlaşdıracaq.